Məşhur Kraviçe şəlaləsi Avropanın iyirmi ən gözəl məkanından biri seçilib


Digərləri 19 İyn 2019 22:40:00 255 0

Məşhur Kraviçe şəlaləsi Avropanın iyirmi ən gözəl məkanından biri seçilib

Bosniya və Herseqovinanın məşhur Kraviçe şəlaləsi Avropanın 20 ən gözəl məkanından biri seçilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin ən böyük və ən valehedici şəlalələrdən biri olan Kraviçe dünyanın hər yerindən xeyli sayda turistin üz tutduğu kurort zonasıdır.

Ölkənin incisi hesab edilən Kraviçe rekord sayda turist qəbul edir və təkcə bu il 100 min nəfərin şəlaləyə baş çəkdiyi təxmin edilir. Bura yerli turistlərlə yanaşı Xorvatiya, İtaliya, Macarıstan, Çexiya, Polşa və ərəb ölkələrindən xeyli sayda turistlər gəlir.