"İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur" Anestezioloq həkimdən sensasion AÇIQLAMA


Digərləri 19 İyn 2019 22:35:00 265 0

"İnsanlara süd içmək olmaz, orqanizmə zərəri çoxdur"  Anestezioloq həkimdən sensasion AÇIQLAMA

"Bilin və agah olun ki, insanlara inək, qoyun, camış, keçi və eşşək südü içmək olmaz. Söhbət böyük yaşlı insandan gedir. Süd insana təzə doğularkən lazımdır, o da təbii ki, ana südüdür. Orqanizm həmin vaxt süd tələb edir".

Son.az medicina.az-a istinadən xəbər verir ki, bu sözləri həkim anestezioloq Şahin Məmmədov bildirib. O, hesab edir ki, tibbi baxımdan böyük insanın orqanizminə süd lazım deyil.

Həkim südün insan orqanizminə faydalı yox, əksinə bəzi məqamlarda zərərli olmasının səbəblərini də göstərib. 

-Süd təzə doğmuş, yəni zahı inəyin döşündən sağılır. O da estrogenlə zəngindir. Bu isə kişilərdə prostat, qadınlarda yumurtalıq xərçənginə gətirə bilər. 

-Süd içdikdə həm kişi, həm də qadınların üz dərisində səpki, sızanaq yaradır.

-Tərkibində çoxlu kalsium olmasına baxmayaraq, içdikdə sümüklərdən də Ca qana çıxmağa məcbur olur. Çünki süddəki zülalların parçalanması nəticəsində qanda turşuluq yaranır. Bu turşunun neytrallaşdırılmasına çox miqdarda Ca tələb olunur. Yəni süd parodoksal olaraq sümükləri zəiflətmiş olur. Tədiqatlar göstərib ki, mütəmadi süd içənlərdə daha çox sümük sınığına rast gəlinib.

-Süddəki hormonlar insan hormonal balansını pozur, nəticədə piylənmə ehtimalı artır. Arıqlamaq istəyənlərə süd içməyi trenerləri məsləhət görmür.