Rumıniya və Bolqarıstan Avropa İttifaqında innovasiyaların artımı üzrə sonuncu yerdədir


Dünya 19 İyn 2019 22:26:00 269 0

Rumıniya və Bolqarıstan Avropa İttifaqında innovasiyaların artımı üzrə sonuncu yerdədir

Rumıniya və Bolqarıstan 2019-cu ildə Avropa İttifaqının (Aİ) innovasiya siyahısında sonuncu yerləri tutublar. Qeyd olunur ki, 2011-ci ildən etibarən Aİ-nin innovasiya inkişafı 8,8 faiz artıb .

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ən çox bu artım Litva, Yunanıstan, Latviya, Malta, Böyük Britaniya, Estoniya və Niderlandda qeyd olunub. İsveç 2019-cu ildə Avropada innovasiyalar üzrə liderdir. İkinci yerdə Finlandiya, Danimarka və Niderlanddır. Dünya miqyasında isə Avropa İttifaqı ilə yanaşı, ABŞ, Çin, Cənubi Koreya və Yaponiya bu istiqamətdə sürətlə irəliləyir.