Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir Türkiyəli kardioloq açıqladı


Digərləri 19 İyn 2019 22:08:00 260 0

Ürəyinizin döyüntü sayı bu xəstəliklərdən xəbər verir  Türkiyəli kardioloq açıqladı

Ürək ritmi sağlamlığınız haqqında ən ciddi göstəricidir. Ürək ritmi orta hesabla 60-100 arası olursa, normaldır. Lakin döyüntü bundan yüksək olarsa, müəyyən xəstəliklərə işarədir. 

Son.az medicina.az-a istinadən türkiyəli kardioloq Dəniz Şəkərin mövzu ilə bağlı açqılamasını təqdim edir.

Həkimin sözlərinə görə, normalda ürək ritmi 60-100 arası dəyişir: "Mütəmadi olaraq, fiziki məşqlə məşğul olanlarda ürək döyüntüsü dəqiqədə 60 və ya ondan da aşağı ola bilir. Lakin 50-dən aşağı olması qəbulolunmazdır. 100-dən yuxarı da normal hesab olunmur. Bəzi hallarda heç bir xəstəlik olmasa da, nəbz 80 və yaxud daha çox vura bilir. Dincəldikdə isə bəzi insanlarda nəbzin ritmi aşağı düşür. Belə halda özbaşınıza sağlamlıq haqqında hər hansı qərar qəbul etməyin. Mütləq həkimə gedin".

Uzman kardioloq deyir ki, ürək ritminin yüksək olması bəzi xəstəliklərdən xəbər verir. Tez-tez döyünən ürəyin kökündə bir neçə xəstəliklər yatır.   • Mitral qapaq çatışmazlığı • Ürək əzələsi ilə əlaqədar problemlər • Ürək damarlarında tıxanma ya da daralma • Ürəyin fəaliyyətində yaranan problemlər • Qan azlığı • Ağciyər problemi • Hipertireoz • Yüksək temperatur • Bəzi infeksiyalar • Bazı enfeksiyonlar

Bir dəfə nəbzi yoxlamaqla hər hansı xəstəlik haqqında qərar qəbul etmək mümkün deyil. Fərdin ani həyəcanı nəbzin ritmini artıra bilir. Eyni zamanda tox olmaq və yaxud ac olmaq da nəbzin ritminə təsir edir. Ürək döyüntüsü hər hansı bir aktivlikdən sonra dəyişirsə, bu normaldır. Lakin bu zaman intervalı uzun müddət davam edərsə, narahat olmağa əsas var.