"Məni 70 yaşlı kişiyə ərə vermək istədilər"


Digərləri 19 İyn 2019 21:54:00 254 0

"Məni 70 yaşlı kişiyə ərə vermək istədilər"

İtkin düşən Şabran rayonunun Xırdaoymaq kənd sakini Dadaşova Nuranə Ədalət qızı tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 21 yaşlı qız evdən bilərəkdən getdiyini deyib.

ATV-də yayımlanan "Bizimləsən" verilişinin qonağı olan Nuranə bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi.

"Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər", deyə Nuranə bildirib.