Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib


Siyasət 19 İyn 2019 21:59:00 250 0

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, Bolqarıstan parlamentinin sədrini hava limanında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.