Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?


Digərləri 19 İyn 2019 20:59:00 248 0

Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?

Serbiyanın Azərbaycan qazını əldə edəcəyi Bolqarıstan-Serbiya interkonnektoru 2022-ci ildə istifadəyə veriləcək

Bakı. Ləman Zeynalova - Serbiyanın Azərbaycan qazını əldə edəcəyi Bolqarıstan-Serbiya interkonnektoru 2022-ci ildə istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu Bolqarıstanla Serbiyanın energetika nazirləri Temenujka Petkova və Aleksandr Antiç təsdiq edib. T.Petkova serbiyalı həmkarını Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin inkişafı barədə məlumatlandırıb. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun.