Elxan Ələsgərov: Azərbaycan Vyanada sivilizasiyalararası dialoqun inkişafına baxışını səsləndirdi və Qarabağla bağlı mövqeyini möhkəmləndirdi


Digərləri 19 İyn 2019 20:31:55 195 0

Elxan Ələsgərov: Azərbaycan Vyanada sivilizasiyalararası dialoqun inkişafına baxışını səsləndirdi və Qarabağla bağlı mövqeyini möhkəmləndirdi

Azərbaycanın Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransda iştirak etməsi ölkənin regionda və dünyada dinlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsində rolunu gücləndirəcək.

Bakı. Mətanət Nəsibova - Azərbaycanın Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransda iştirak etməsi ölkənin regionda və dünyada dinlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsində rolunu gücləndirəcək. Bunu Trend-ə “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Direktorun sözlərinə görə, Vyana konfransının Azərbaycan üçün vacibliyi ondadır ki, Bakı faktiki olaraq dinlərarası və sivilizasiyalararası dialoqun və multikulturalizmin özünəməxsus inkişaf modelini gündəmə gətirib: “Azərbaycanda mövcud olan multikultural inkişaf prinsipini Avropada dəstəkləyirlər və Vyana konfransı bunu bir daha göstərir. Azərbaycanın bu tədbirdə iştirakı Azərbaycan-Avropa əməkdaşlığının gələcək inkişafı baxımından vacibdir”. Daha sonra ekspert Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanlanmış məktubunun vacibliyini vurğulayıb: