Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb


Digərləri 19 İyn 2019 20:01:00 204 0

Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

Bakı. Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəz 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 19-da saat 19:52-dən etibarən Mərkəzin internet saytında yerləşdirib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7531 bakalavrdan 6506 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2799 nəfəri dövlət sifarişi, 3707 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 4348 nəfəri ali təhsil müəssisələrinin cari, 2158 nəfəri isə əvvəlki illərin məzunudur.