Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır


Dünya 19 İyn 2019 19:46:00 294 0

Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır

Almaniyanın Bavariya və Şimali Reyn-Vestfaliya federal torpaqlarının rəhbərliyi kişilərin məişət zorakılığından müdafiə proqramını elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu proqram bir neçə mərhələni əhatə edir.

Yeni proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.

Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.