Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib


Digərləri 19 İyn 2019 19:38:00 176 0

Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

İyunun 18-də mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. İyunun 18-də mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib. Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən nazir Əbülfəs Qarayev ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirib. Nazir həmçinin Azərbaycan hökumətinin təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və həmin ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Pol Paker rəhbərlik etdiyi Komissiyanın fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Görüşdə iştirak edən STMEGI Fondunun prezidenti German Zaxaryayev və Dağ Yəhudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov tərəfindən Quba şəhərində dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə Dağ Yəhudiləri Muzeyinin artıq hazır olduğunu bildirib.