Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilərə internet çəkilir (FOTO)


Digərləri 19 İyn 2019 18:46:01 260 0

Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilərə internet çəkilir (FOTO)

Yeni nəsil texnologiyalar tətbiq olunmaqla əhaliyə simsiz yüksəksürətli internet xidməti göstəriləcək.

Bakı. Yeni nəsil texnologiyalar tətbiq olunmaqla əhaliyə simsiz yüksəksürətli internet xidməti göstəriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron və Sumqayıt Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq 4G LTE (Long-Term Evolution- Uzunmüddətli inkişaf) texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb. Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır.