Sərvəti 100 milyardı keçən üçüncü adam kim oldu?


Dünya 19 İyn 2019 18:40:00 267 0

Sərvəti 100 milyardı keçən üçüncü adam kim oldu?

Onun sərvəti 100,4 milyard dollara bərabərdir

"Louis Vuitton Moët Hennessy" modalar evinin sahibi, fransalı Bernar Arno sərvəti 100 milyard dollar səviyyəsini keçən üçüncü şəxs olub.

Son.az Trend-ə istinadən bildirir ki, onun sərvəti 100,4 milyard dollara bərabərdir.

Təkcə son sutka ərzində B.Arno 3 milyard dollar zənginləşib.

Milyarderlər reytinqində Bernar Arno yalnız "Amazon"un təsisçisi Ceff Bezos (119 milyard dollar) və "Microsoft"un keçmiş rəhbəri Bill Geytsdən (106 milyard dollar) geri qalır.