Cəlilabadda 3 kiloqramdan artıq narkotik aşkarlandı


Digərləri 19 İyn 2019 18:32:55 206 0

Cəlilabadda 3 kiloqramdan artıq narkotik aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi “Vaz 2106” markalı avomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi təmiz çəkisi 3 kiloqram 150 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.