Bakıda şirkətə CV göndərən qıza qəribə cavab: "Ətəyini qısalt, gəl işlə"


Digərləri 19 İyn 2019 17:35:00 297 0

Bakıda şirkətə CV göndərən qıza qəribə cavab: "Ətəyini qısalt, gəl işlə"

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona "Mayson Car Club" adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.

Bundan başqa, şirkət ona "dress-code" göndərib. Həmin "dress-code"a əsasən, ancaq qısa ətəkli xanımlar işə götürülür.

Qafqazinfo məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, məsələ araşdırılacaq və yaxın müddətdə rəsmi cavab veriləcək.