Polisin hər yerdə axtardığı qızın "Whatsapp” yazışmaları yayıldı


Digərləri 19 İyn 2019 17:15:00 280 0

Polisin hər yerdə axtardığı qızın "Whatsapp” yazışmaları yayıldı

İyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Nuranə Ədalət qızı Dadaşova tapılıb.

Son.az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişində məlum olub.

Verilişə müraciət edən qızın atası Ədalət Dadaşov canlı yayımla şok anlar yaşayıb.

Efirə Nuranənin bir qızla "whatsapp" yazışmaları təqdim edilib. Yazışmalarda Nuranənin atasının, anasının və onu sevənlərin nigarançılığına biganə yanaşması aydın görünüb. Bu hal verilişdə iştirak edən hər kəsi hiddətləndirib.