Deputat silah təmizləyərkən özünü güllələdi


Dünya 19 İyn 2019 17:19:00 233 0

Deputat silah təmizləyərkən özünü güllələdi

Ukrayna Ali Radasının deputatı, "Xalq cəbhəsi" partiyasının üzvü Dmitri Tımçuk Kiyevdə həyatını itirib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə deputat şəxsi silahını təmizləyərkən baş verib.

Eyni zamanda, D.Tımçukun başından güllə yarası aldığı deyilir.

Deputatın ölüm xəbəri alındıqdan sonra Ali Rada işinə fasilə verib.