“Ostankino” qülləsində BOMBA həyəcanı


Dünya 19 İyn 2019 16:59:32 203 0

“Ostankino” qülləsində BOMBA həyəcanı

Moskvada "Ostankino" Televiziya Mərkəzində yoxlamalar aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb qülləyə bomba qoyulması barədə anonim zəng olub.

Bildirilir ki, axtarışlar binadan təxliyə aparılmadan keçirilir.

Qeyd edək ki, bu, həftə ərzində "Ostankino" qülləsində bomba ilə əlaqədar ikinci anonim zəng olub. İyunu 17-də binada daha bir axtarış keçirilmiş, anonim zəngin əsassız olduğu müəyyən edilmişdi.