Tovuzda kafedə işləyən sevgilisini yandıran kişi


Digərləri 19 İyn 2019 17:05:00 223 0

Tovuzda kafedə işləyən sevgilisini yandıran kişi

Tovuzda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 41 yaşlı Əflatun Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhməkəsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 1-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu il yanvarın 15-də Tovuzda baş verib. 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb. Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.