Neftçalada kişi həmkəndlisini ayağından güllələdi


Digərləri 19 İyn 2019 17:07:00 249 0

Neftçalada kişi həmkəndlisini ayağından güllələdi

İyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-63" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.