Prokuror 2 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 7,5 il cəza istədi


Digərləri 19 İyn 2019 17:10:00 244 0

Prokuror 2 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 7,5 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi isə təqsirləndirilənə bəraət verilməsini xahiş edib.

Proses iyunun 25-də davam edəcək.

Xatırladaq ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.