"Köpək oğlu sözünü mən evdə oğullarıma da deyirəm" VİDEO


Şou-biznes 19 İyn 2019 16:42:06 237 0

"Köpək oğlu sözünü mən evdə oğullarıma da deyirəm"  VİDEO

"Burda nə var ki?! O sözü zarafata demişəm, o, mənim ağzımın sözüdür".

Son.az bildirir ki, bu sözləri azxeber.com-a açıqlamasında müğənni Yusif Mustafayev deyib.   O efirdə musiqiçilərə dediyi "Xod ver ə köpək oğlu" sözünün normal olduğunu iddia edib:   "Hərdən evdə uşaqlarıma da o sözü deyirəm. O dediyim adam da mənim qardaşım oğludur. Ərk edib demişəm. Böyük bir söz deməmişəm ki?!" Efirdə təhqir olunduğu iddia olunan müğənninin qardaşı oğlu Mustafayev Mustafa deyib ki, o söz təhqir üçün işlədilməyib: "Yusif müəllim mənim əmimdir, orada təhqir yoxdur. O, mənim doğmamdır, burada qeyri-etik nə söz var ki?! O, mənə hər şey deyə bilər, bilirəm ki, zarafat edib".   Qeyd edək ki, müğənni ATV-də yayımlanan  "Şou ATV" verilişində bu sözləri işlədib.