“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib FOTO


Digərləri 19 İyn 2019 16:25:00 227 0

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib  FOTO

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib.

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər və "Reket jurnalistika"ya qarşı mübarizə  üzrə Komissiyalarının iclası keçirilib. Komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

İlk olaraq Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun "7 gun.az " saytına qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, "7 gun.az" saytı "Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər" adlı məqaləni hazırlayarkən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsiplərini pozub. Anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib. Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unutduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin "Reket jurnalistika"ya qarşı mübarizə üzrə Komissiyada müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan  sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər  tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb.

Daha sonra MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə  Komissiyalasının iclası keçirilib. Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya üzvləri "Media-Press.org" saytı barədə məsələni müzakirə ediblər. Vüqar Rəhimzadə məlumat verib ki, qeyd edilən sayt üzrə məsələ daha öncə MŞ Şikayətlər Komissiyasının 17 may 2019-cu il tarixli iclasında müzakirə edilib. Amma sayt təmsilçiləri verilən tövsiyələrdən nəticə çıxarmayıblar.


Xəbərə aid fotolar