İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır


Digərləri 19 İyn 2019 16:29:00 276 0

İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır

İsrailin milli xəbər agentliyi olan TPS (Tazpit Press Service) dünya informasiya məkanında xüsusi nüfuza malik AZƏRTAC ilə sıx əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin VI Konqresi çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə İsrailin TPS xəbər agentliyinin baş icraçı direktoru Amotz Eyal deyib.

Öz növbəsində, Aslan Aslanov Azərbaycan ilə İsrail arasında yaxşı əlaqələrin mövcudluğunu vurğulayaraq, bunun AZƏRTAC ilə TPS arasında əməkdaşlığa da müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırılıb ki, TPS agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində müsbət addım olacaq.

İsrailin xəbər agentliyinin baş icraçı direktoru bildirib ki, TPS gənc olsa da, əsas məqsədi doğru, obyektiv xəbərlər yaymaqdan ibarətdir. Agentlik siyasət, iqtisadiyyat, təhlükəsizlik, texnologiya, elm, kənd təsərrüfatı və digər sahələr üzrə informasiyalar yayır.