Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir VİDEO


Digərləri 19 İyn 2019 16:20:00 199 0

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir  VİDEO

19 iyun 2019-cu il, Cenevrə - "Azəraeronaviqasiya" HHİ-nin direktoru Fərxan Quliyevin rəhbərlik etdiyi "Azərbaycan Hava Yolları"nın nümayəndə heyəti Cenevrədə CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı)  Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında iştirak etmişdir.

CANSO-nun Qlobal Sammitində aviasiya sənayesinin dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəhbəri,  həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Hava Limanlarının Beynəlxalq Şurası (ACI), Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı (CANSO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və ABŞ-ın Federal Aviasiya Administrasiyası  (FAA) kimi beynəlxalq təşkilatların liderləri iştirak etmişdirlər.

Tədbiri Cenevrə Respublikası və Kantonunun Dövlət Şurasının vitse-prezidenti Serj Dal Busko (Serge Dal Busco) açmışdır. Proqram çərçivəsində "Aviasiyada düşünülmüş liderlik" mövzusu üzrə əsas məruzəçilər Beynəlxalq Hava Nəqliyyati Assosiasiyasının (İATA) Baş Direktoru Aleksandr de Jyunyak (Alexandre de Juniac) və  Hava Limanlarının Beynəlxalq Şurası (ACI) Baş Direktoru Angela Qittens (Angela Gittens) çıxış etmişdirlər. Daha sonra İATA-ya üzv aviaşirkətlərin, ACI-ya üzv aeroportların və CANSO aeronaviqasiya təminatı provayderlərinin qrup müzakirələri keçirilmişdir.

AZAL tərəfindən Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətləri barədə videoçarxın təqdimatı keçirilmişdir:

Tədbirdə "CANSO-2020"-nin 2020-ci il iyunun 8-dən 12-dək Bakıda keçiriləcəyi rəsmən bəyan edilmişdir.

"Biz CANSO Qlobal Sammiti və 24-cü illik toplantısı üzrə AZAL-ın komandası ilə birgə işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan qlobal və regional hava nəqliyyatında əsas rol oynayır və dünyanın bir çox ölkələri və təşkilatları ilə möhkəm əlaqələrə malikdir. Beləliklə, bu bizim növbəti flaqman tədbirimiz üçün mükəmməl mühit olacaq. Hava hərəkətinin idarə edilməsi sahəsində ən son yeniliklərlə tanış olmaq üçün hamınızı 2020-ci ildə orada qarşılamağa səbirsizlənirəm" - CANSO-nun yeni təyin olunmuş Baş Direktoru Saymon Hokard (Simon Hocquard) bildirmişdir. 

Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir.


Xəbərə aid fotolar