"Expressbank"ın sədri: "Fitch Ratings"in hesabatının nəticəsi müştərilərin bizə etimadının aydın və müstəqil göstəricisidir


Digərləri 19 İyn 2019 16:14:00 199 0

"Expressbank"ın sədri: "Fitch Ratings"in hesabatının nəticəsi müştərilərin bizə etimadının aydın və müstəqil göstəricisidir

«Fitch Rating» beynəlxalq reytinq agentliyi “Expressbank”ın stabilliyini təsdiqləyib.

Bakı. Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından olan Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bankdan Trend-ə verilən məlumata görə, mövcud reytinq Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Beynəlxalq reytinq agentliyinin araşdırmasında bankın ümumi və maliyyə göstəricilərinin daha da yaxşılaşdığı öz əksini tapıb. Dərc olunan hesabatda Expressbank-ın sağlam kapital buferinə, limitli xarici valyuta riskinə və rahat likvidliyə malik olduğu vurğulanır. Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir: • Long-Term IDR: affirmed at 'B', Outlook Stable • Short-Term IDR: affirmed at 'B' • Viability Rating: affirmed at 'b' • Support Rating: affirmed at '5'