Artıq İrana gedən turistlərin pasportlarına möhür vurulmayacaq


Dünya 19 İyn 2019 16:06:00 199 0

Artıq İrana gedən turistlərin pasportlarına möhür vurulmayacaq

İran Prezidentinin göstərişi ilə xarici turistlər bundan sonra pasportlarına möhür vurulmadan və qeyd olunmadan bu ölkəyə səfər edə bilərlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran dövlətinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin göstərişi ölkə daxilində bütün aeroportlarda icra olunacaq.

Sözçü əlavə edib ki, ABŞ-ın iqtisadi savaş siyasəti nəzərə alınarsa, hər bir turistin İrana səfər etməkdən çəkinməsi və ya səfər etdiyi halda sanksiya ilə üzləşməsi mümkündür.