Nənəsini öldürüb yandıran şəxsin məhkəməsində qohumları dava saldı


Digərləri 19 İyn 2019 16:02:00 171 0

Nənəsini öldürüb yandıran şəxsin məhkəməsində qohumları dava saldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Təravət Əfəndiyeva ifadə verməkdən imtina edib. Daha sonra təqsirləndirilən şəxsin xalası Məlahət Axundova bildirib ki, anasını Eldar Əfəndiyev öldürərək yandırıb. Prosesdə qətlə yetirilən qadının iki qızı - M.Axundova ilə bacısı T.Əfəndiyeva arasında dəfələrlə mübahisə yaranıb. M.Axundova bacısını mərhum anasının qızıllarını ələ keçirmək istəməkdə ittiham edib. Tərəflər bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Hakim və məhkəmə nəzarətçiləri onlara xəbərdarlıq edib. Proses iyulun 3-də davam edəcək.