Deputat silahını təmizləyərkən öldü


Digərləri 19 İyn 2019 15:57:00 162 0

Deputat silahını təmizləyərkən öldü

Ukrayna Ali Radasının deputatı, “Xalq cəbhəsi” partiyasının üzvü Dmitri Tımçuk Kiyevdə həyatını itirib

Bakı. Ukrayna Ali Radasının deputatı, “Xalq cəbhəsi” partiyasının üzvü Dmitri Tımçuk Kiyevdə həyatını itirib. Trend-in məlumatına görə, hadisə deputat şəxsi silahını təmizləyərkən baş verib. Eyni zamanda, D.Tımçukun başından güllə yarası aldığı deyilir. Deputatın ölüm xəbəri alındıqdan sonra Ali Rada işinə fasilə verib.