"Yaraşıqlı, şıq görünürəm, məni həzm edə bilmirlər"


Şou-biznes 19 İyn 2019 15:21:00 195 0

"Yaraşıqlı, şıq görünürəm, məni həzm edə bilmirlər"

Müğənni İzzət Bağırov "Ən yaxşısı" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib. O, geyimlərini ələ salanlara sərt cavab verib:

"Məni həzm edə bilmirlər. Baxır ki, yaraşıqlı görünürəm, şıq geyinirəm. 43 yaşım oldu. Deyirlər ki, bu niyə qocalmır? Paxıllıqdan tənqid etməyə başlayır.

Yaşımı, yerimi bilirəm. Telekanallarda, İnstaqramda ağzına gələni danışanlara, soyunanlara, tərbiyəsizlik edənlərə baxın. Onlardan danışın. Arxalarına dönüb baxsınlar, vedrələrin, vannaların səsini görsünlər, sonra məşhurlara tənqid yazsınlar".