Türkiyədə azərbaycanlı qadın özünü çaya atdı VİDEO


Dünya 19 İyn 2019 15:25:00 189 0

Türkiyədə azərbaycanlı qadın özünü çaya atdı  VİDEO

Azərbaycan vətəndaşı Antalyanın Manavqat rayonunda intihara cəhd edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 05:00 radələrində Kordon Küçəsində qeydə alınıb.

Məlumata görə, içkili olduğu iddia edilən Azərbaycan vətəndaşı 31 yaşlı Könül Nəcəfova özünü Manavgat çayına atıb. Onu hadisə yerindən keçən gənc oğlan boğulmaqdan xilas edib. 

Huşsuz vəziyyətdə olan qadın xəstəxanaya yerləşdirilib.