Quba sakini Xızıda yol qəzasında öldü


Digərləri 19 İyn 2019 15:27:00 209 0

Quba sakini Xızıda yol qəzasında öldü

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də saat 10 radələrində Xızı rayonu ərazisində Bakı şəhər sakini A.Kamalov idarə etdiyi “Ravon Nexia” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.