Bu dəfə Yusif Mustafayev canlı efirdə söyüş söydü VİDEO


Şou-biznes 19 İyn 2019 14:50:00 264 0

Bu dəfə Yusif Mustafayev canlı efirdə söyüş söydü  VİDEO

Müğənni Yusif Mustafayev "Şou ATV" proqramında müzakirələrə səbəb olacaq addım atıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Əməkdar artist Kəmalə Rəhimliyə həsr olunan verilişdə qeyri-etik sözlərdən istifadə edib.

Sənətçi aparıcı Nanə Ağamaliyevaya bildirib ki, efirdə canlı ifa etmək istəyir. Bu zaman o, şəxsi ansamblına üz tutaraq ""Xodu" ver ə, köpəkoğlu" deyib.

Bu məqamda bildirək ki, sözügedən proqram bazar ertəsi günü yayımlanıb.