Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib (FOTO)


Digərləri 19 İyn 2019 14:44:26 180 0

Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib (FOTO)

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib.

Bakı. Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib. Trend-in məlumatına görə, komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, komissiya ilk olaraq Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “7 gun.az ” saytına qarşı şikayətini araşdırıb. Müəyyən edib ki, “7 gun.az” saytı “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” adlı məqaləni hazırlayarkən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərini pozub. Qeyd edilib ki, anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib. Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unutduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin “Reket jurnalistika”ya qarşı mübarizə üzrə Komissiyada müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb. Daha sonra MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalasının iclası keçirilib. Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.