Hindistanda ENSEFALİT epidemiyası - 130-a yaxın uşaq ölüb


Digərləri 19 İyn 2019 13:53:24 178 0

Hindistanda ENSEFALİT epidemiyası - 130-a yaxın uşaq ölüb

Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin ensefalit sindromu nəticəsində 130-a yaxın uşaq həyatını itirib

Bakı. Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin ensefalit sindromu nəticəsində 130-a yaxın uşaq həyatını itirib. Trend-in məlumatına görə, bundan başqa, 450 uşaq xəstəxanalarda müalicə olunur. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Həkimlər kəskin ensefalitin yayılmasının səbəbi kimi kəskin istiləri və yüksək rütubəti göstərir.