Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq


Digərləri 19 İyn 2019 13:58:57 202 0

Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

2019-cu ilin yanvar-may aylarında azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib

Bakı. Xeyrəddin Nəsirzadə - 2019-cu ilin yanvar-may aylarında azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib. O qeyd edib ki, bu ilin iyulunda Yekaterinburqda Azərbaycan şərab evi açılacaq. Bundan başqa, Sankt-Peterburqda şərab evinin açılması planlaşdırılır: “Çinin müxtəlif regionlarında şərab evlərinin açılması ilə bağlı danışıqlar aparılır. İyul ayında İsveçrəyə ixrac missiyası baş tutacaq. Bu ölkədə biznes-forumun keçirilməsi planlaşdırılır”.