Rabyonun yeni klubu müəyyənləşdi


İdman 19 İyn 2019 13:04:00 240 0

Rabyonun yeni klubu müəyyənləşdi

PSG-nin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını İtaliyada davam etdirəcək.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü Juventus-la anlaşıb.

Paris təmsilçisi ilə müqavilə müddəti iyulun 1-də başa çatacaq 24 yaşlı orta sahə oyunçusu "qoca sinyora"ya havayı başa gəlib. O, yeni komandası ilə gələn ay 5 illik müqavilə imzalayacaq. Müqavilə haqqı olaraq 10 milyon avro qazanacaq Rabyonun illik məvacibi 7 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Adrien Rabyo ötən mövsüm ümumilikdə 20 oyunda iştirak edib.