“Eternity-2019” təliminin planlaşdırma konfransı keçirilib (FOTO)


Digərləri 19 İyn 2019 13:48:56 227 0

“Eternity-2019” təliminin planlaşdırma konfransı keçirilib (FOTO)

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı olub.

Bakı. Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı olub. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.