İmamoğludan hotel görüşü ilə bağlı açıqlama


Dünya 19 İyn 2019 13:32:00 187 0

İmamoğludan hotel görüşü ilə bağlı açıqlama

İstanbulun bələdiyyə sədrliyinə CHP-dən namizəd Əkrəm İmamoğlu AKP namizədi Binəli Yıldırımla ortaq canlı yayımdan əvvəl proqramın moderatoru İsmayıl Küçükkaya ilə görüşməsinə dair xəbərlərə münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcının Yıldırımla telefonla, İmamoğlu ilə üzbəüz görüşməsi müzakirələrə səbəb olub. Siyasətçi "TRT Xəbər"də proqramların birində qonaq olaraq məsələyə aydınlıq gətirib.

O, görüşün gizli olmadığını söyləyib: "Görüşümüz kameraların qarşısında olmadı, amma gizli də deyildi. O gün layihə tanıtımım var idi. İstanbulda Taksimdəki bir hoteldə görüşdük. Görüş ümumilikdə 15-20 dəqiqə davam etdi, lakin biz sadəcə 2-3 dəqiqə danışdıq. Mənə "Bir tələbiniz varmı?" soruşdu. Mən də dedim ki, proqramda istədiyiniz sualı verə bilərsiniz. Küçükkaya mənə zəng edib "təkcə sizinlə görüşəcəyəm" desəydi, qəbul etməzdim. O, "sizinlə görüşəndən sonra Yıldırımla da görüşəcəyəm" dediyi üçün təklifi qəbul etdim. Bu məsələ ilə bağlı nə sualınız varsa, İsmail bəydən soruşun".