Səbail Rumıniya klubunu harda qəbul edəcək?


İdman 19 İyn 2019 12:37:00 263 0

Səbail Rumıniya klubunu harda qəbul edəcək?

Səbail-in Bakıda Rumıniyanın Universitatea Craiova komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib. 

Goal.az xəbər verir ki, klubdan verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv iyulun 11-də rəqibini "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcək.

UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Yon Oblemenko" stadionunda keçiriləcək. (report)