Bakıda azyaşlı oğlanı zorlayan şəxsi 15 il həbs cəzası gözləyir


Kriminal 19 İyn 2019 13:23:00 259 0

Bakıda azyaşlı oğlanı zorlayan şəxsi 15 il həbs cəzası gözləyir

Azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Muradov Zamin Əmirzadə oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materiaaları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 28-nə təyin olunub.

Məlumata görə Muradov Zamin Əmirzadə oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü yəni, seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb.