Kinoteatrlar "Bozbash pictures"i küsdürdü


Şou-biznes 19 İyn 2019 13:27:00 256 0

Kinoteatrlar "Bozbash pictures"i küsdürdü

Son bir neçə ildir hər yay film çəkdirib, martda qala gecə keçirən "Bozbash pictures" bu dəfə ənənəsinə sadiq qalmayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, komanda bu dəfə film çəkməkdən imtina edib. Bu haqda aktyor Elşən Orucov saytımıza açıqlamasında danışıb.

O, "Bozbash Pictures" hər yay film çəkir və martın 1-i təqdim edir. Bu il isə çəkilişlərdən bir xəbər yoxdur" sözlərini belə cavablandırıb:

"Film məsələsi sual altındadır. Çünki kinoteatrda baş verən böhran hər kəsə təsir edib. Ona görə də sual yaranıb ki, çəkək, ya yox? Hər il keyfiyyət, yenilik üçün büdcəni artırırıq. "Bombaltı"da əkşn səhnələri çox idi. Ancaq kassası bizi qane etmədi. İstədiyimiz gəliri gətirmədi. Tamaşaçını kinoteatrdan küsdürdülər. Əvvəlki kimi axın olmur. Son çıxan filmlərdən ən çox bəyəniləni bizimkidir.

Təsəvvür edin ki, o biri filmlər nə gündədir. Tamaşaçıda günah yoxdur. Sistemdə elə insanlar var ki, bu sahəyə aiddiyyəti yoxdur. Bu işə alver kimi baxırlar, istəyirlər ki, tez-bazar pul qazansınlar. Ona görə də, keyfiyyət ikinci plana keçir. O da, üçüncü dəfədən sonra öz təsirini göstərir.