Evinin zirzəmisindən 3 kq.dan çox narkotik tapıldı


Kriminal 19 İyn 2019 13:18:00 209 0

Evinin zirzəmisindən 3 kq.dan çox narkotik tapıldı

Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Keçirilmiş tədbirlərin davamı olaraq R.Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.