Xarici işlər naziri Vaşinqtona gedib


Digərləri 19 İyn 2019 13:09:00 229 0

Xarici işlər naziri Vaşinqtona gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

Son.az xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

İyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyan görüşəcəklər.