Masazırda işıq olmayacaq


Digərləri 19 İyn 2019 12:55:00 212 0

Masazırda işıq olmayacaq

Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Son.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib.

Yaranmış narahatçılığa görə, "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.