Vaşinqtonda Qarabağla bağlı önəmli görüşlər başladı


Siyasət 19 İyn 2019 12:42:00 283 0

Vaşinqtonda Qarabağla bağlı önəmli görüşlər başladı

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan "Facebook" səhifəsində yazıb.

Görüşdə, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Qeyd edək ki, sabah Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.