Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb (FOTO)


Digərləri 19 İyn 2019 12:40:00 181 0

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb (FOTO)

Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası çərçivəsində İran İslam Respublikasının Kooperativlər, Əmək və Sosial Rifah naziri Məhəmməd Şariatmadari və İndoneziya Respublikasının İşçi Qüvvəsi naziri Muhammad Hanif Dhakiri ilə görüşüb. Trend-in məlumatına görə, görüşlərdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib. S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizdə sosial sahədə aparılan islahatlar, rifah halının yaxşılaşdırılması sahəsində atılan addımlar barədə məlumat verib. O, ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2013-cü ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Prezident cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib. Ötən dövrdə həmin Mərkəzin təsis olunması üçün müvafiq işlər aparılıb.