"Buta Airways"in Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq "Borispol" hava limanına həyata keçiriləcək


Digərləri 19 İyn 2019 12:33:00 276 0

"Buta Airways"in Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq "Borispol" hava limanına həyata keçiriləcək

"Julyanı" beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək "Buta Airways"in Kiyev istiqamətində olan bütün reysləri "Borispol" beynəlxalq hava limanına həyata keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində "Buta Airways"in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə −  çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.

Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.

Bütün yenilikləri və xəbərləri "Buta Airways"in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür: