“Azərbaycan Sənaye Korporasiyası” beynəlxalq tender elan edib


Digərləri 19 İyn 2019 12:23:00 73 0

“Azərbaycan Sənaye Korporasiyası” beynəlxalq tender elan edib

“Azərbaycan Sənaye Korporasiyası” ASC ölkənin təbii resurslarının optimal istifadə olunması, Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təhciz edilməsi və alunit yataqlarının işlənməsi məqsədi ilə beynəlxalq tender elan edib.

Bakı. “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkənin təbii resurslarının optimal istifadə olunması, Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təhciz edilməsi və alunit yataqlarının işlənməsi məqsədi ilə beynəlxalq tender elan edib. ASC-dən Trend-ə verilən məlumata görə, ikimərhələli tenderin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, həmçinin hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsidir. Qeyd etmək lazımdır ki, Daşkəsən rayonunda yerləşən Zəy­lik alunit yatağında 1929-1942, 1955-1958 və 1968-1970-ci illərdə də axatrış-qiymətləndirmə, dəqiq və istismar kəşfiyyatı işləri aparılmışdır. Əvvəllər istifadə edilmiş texnologiyadan fərqli olaraq, alunitin mədən ərazisində zənginləşdirilməsi və bu zənginləşmə nəticəsində Zəylikdən Gəncə gil-torpaq istehsal sahəsinə daşınan və hidrometallurji emala verilən filizin miqdarının 40%-ə qədər azalması gözlənilir. Bu isə öz növbəsində istehsal xərclərinin azalması ilə rəqabət qabiliyyətli gil-torpaq istehsalına imkan yaradacaqdır. Eyni zamanda, digər vacib məqam Alunit filizinin kompleks emal edilərək onun tərkib elementlərinin kommersiya maraqlı məhsullara, əsasən kənd təsərrüfatı təyinatlı gübrələrə çevrilməsidir.
İmamoğlunun adı daha bir qalmaqala qarışdı  FOTO like
  • 19 İyn 12:19  
Dünya İmamoğlunun adı daha bir qalmaqala qarışdı FOTO

İstanbulun bələdiyyə sədrliyinə CHP-dən namizəd Əkrəm İmamoğlunun AK

arrow Ətraflı
Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır like
  • 19 İyn 12:17  
Digərləri Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır

Pensiyanın minimum məbləği 200 manata çatdırılır. Artım 660 min pensiya

arrow Ətraflı
Nazir müavini: "Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb" like
  • 19 İyn 12:15  
Digərləri Nazir müavini: "Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb"

Azərbaycanda 2018-ci ildə ambulator tibbi xidmətə təxminən 49 milyon müra

arrow Ətraflı
Sumqayıt-ın futbolçusu 27 yaşında karyerasını bitirdi like
  • 19 İyn 12:15  
İdman Sumqayıt-ın futbolçusu 27 yaşında karyerasını bitirdi

Heç vaxt ağlıma gəlməzdi ki, qərarı belə tez açıql

arrow Ətraflı
60 yaşlı kişi dənizin ortasında 4 gün ac və susuz qaldı  VİDEO like
  • 19 İyn 12:10  
Digərləri 60 yaşlı kişi dənizin ortasında 4 gün ac və susuz qaldı VİDEO

Sinqapurlu dayvinq üzrə instruktor Con Lou 4 gün, 4 gecə Cənubi Çin dəniz

arrow Ətraflı
"Facebook"dan YENİLİK: like
  • 19 İyn 12:05  
Digərləri "Facebook"dan YENİLİK:

"Facebook" şirkəti bu gün tərəfdaşları ilə birlikdə "Lib

arrow Ətraflı
Nazir müavini: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb like
  • 19 İyn 12:03  
Digərləri Nazir müavini: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb

Azərbaycanda 2018-ci ildə ambulator tibbi xidmətə təxminən 49 milyon müra

arrow Ətraflı
Göldə çimənlər zəhərləndilər: like
  • 19 İyn 12:01  
Dünya Göldə çimənlər zəhərləndilər:

Ukraynada göldə çimən təxminən 27 nəfər zəhərlənib.

arrow Ətraflı
Sel 7 nəfəri apardı like
  • 19 İyn 11:56  
Dünya Sel 7 nəfəri apardı

Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol aç

arrow Ətraflı
Axtarışda olan 34 nəfər saxlanılıb like
  • 19 İyn 11:48  
Digərləri Axtarışda olan 34 nəfər saxlanılıb

İyunun 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı