Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən


Digərləri 19 İyn 2019 11:41:00 228 0

Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən

İndoneziya hökuməti paytaxtın Cakartadan köçürülməsi prosesinə başlamaq niyyətindədir.

Bakı. İndoneziya hökuməti paytaxtın Cakartadan köçürülməsi prosesinə 2021-ci ildə başlamaq niyyətindədir. Trend-in məlumatına görə, yeni şəhərdə tikinti işləri iki il sonra başlayacaq, köçürmə prosesinin 2024-cü ilədək başa çatması planlaşdırılır. Prosesin ümumi dəyəri 32,5 milyard dollara bərabər olacaq. Yeni paytaxt Kalimantan adasında, ölkənin mərkəzi hissəsində salınacaq.